Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Monmartr qəbiristanlığı (fr. Cimetière de Montmartre), "Cimitière du Nord" rəsmi adı ilə tanınır — Parisin şimalındaki 18-ci bələdiyyə dairəsində yerləşən qəbir

Monmartr qəbiristanlığı

48°53′16″ şm. e. 2°19′49″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəbiristanlıq
Monmartr qəbiristanlığı
Cimetière de Montmartre
Xəritə
Ölkə
  •  Fransa
Yerləşdiyi yer Parisin 18-ci dairəsi[d]
Əsası qoyulub 1 yanvar 1825
Sahəsi
  • 11 ha
48°53′16″ şm. e. 2°19′49″ ş. u.HGYO
Monmartr qəbiristanlığı xəritədə
Monmartr qəbiristanlığı
Monmartr qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monmartr qəbiristanlığı (fr. Cimetière de Montmartre), "Cimitière du Nord" rəsmi adı ilə tanınır — Parisin şimalındaki 18-ci bələdiyyə dairəsində yerləşən qəbiristanlıq. 1 yanvar 1825-ci ildə açıldı. Tarixi abidə hesab olunur.

Hazırda Monmartr qəbiristanlığında 20 min məzar var. Hər il 500-ə yaxın dəfn mərasimləri keçirilir.

Tarixi

Qəbiristanlıq 1825-ci il yanvarın 1-də köhnə gips karxanasının yerində açılmışdır. Qeyd olunan karxana Fransa İnqilabı zamanı kütləvi məzar kimi istifadə edilmişdir. Qəbiristanlıq əvvəlcə Böyük Karxana qəbiristanlığı (fr. Cimetière des Grandes Carrières) kimi tanınırdı. Sonradan Ağ Bariyer qəbiristanlığı (fr. Cimetière de la Barrière Blanche) adlandırıldı. Daha sonra isə müasir adını aldı.

Ərazisi

18-ci bələdiyyə dairəsində yerləşir. Küçə səviyyəsindən aşağıda inşa edilmişdir. Qəbiristanlığın təxminən 11 hektar ərazisi var. Qəbiristanlıqda 38 növdən 700-dən çox ağac var. Qəbiristanlığa yeganə giriş Raşel prospektindən keçir.

Qalereya

Üst