| Musa Qurbanlı | |||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| | |||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Musa Qurban oğlu Qurbanlı | ||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 13 aprel 2002 (24 yaş) | ||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | ||||||||||||||||||||||||||||||||||||
| Təhsili |
| ||||||||||||||||||||||||||||||||||||
| Boyu | 1,83 m | ||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||
| Klub | | ||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 22 | ||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu.
Klub karyerası
"Qarabağ"
Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.
2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur.
O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib.
2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu.
"Yurqorden"
2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.
"Qarabağ"a geri dönüş
14 iyun 2024-cü ildə "Qarabağ" Qurbanlı ilə 3 illik müqavilə imzalayıb.
Beynəlxalq karyerası
Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.
O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib. 26 may 2021-ci ildə Ukrayna 21 yaşlıları ilə keçirilən yoldaşlıq matçında ilk qolunu vurdu.
12 oktyabr 2021-ci ildə seçmə mərhələ çərçivəsində Xorvatiyalı həmyaşıdları ilə keçirilən matçda, U21 millisində ilk rəsmi qolunu vurdu.
Qurbanlı Azərbaycan əsas millisində debütünü 2020-ci il noyabrın 11-də Sloveniya ilə yoldaşlıq görüşündə keçirib.
Karyera statistikası
Klub
- 9 Yanvar 2024 tarixində yenilənib
| Klub | Mövsüm | Liqa | Milli Kubok | Qitə | Digər | Ümumi | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Division | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
| Qarabağ | 2019–20 | Azərbaycan Premyer Liqası | 0 | 0 | 1 | 0 | 0 | 0 | — | 1 | 0 | |
| 2020–21 | Azərbaycan Premyer Liqası | 5 | 1 | 0 | 0 | 1 | 0 | — | 6 | 1 | ||
| 2021–22 | Azərbaycan Premyer Liqası | 15 | 8 | 2 | 1 | 6 | 0 | — | 23 | 9 | ||
| 2022–23 | Azərbaycan Premyer Liqası | 32 | 21 | 2 | 2 | 4 | 0 | — | 38 | 23 | ||
| Ümumi | 43 | 27 | 5 | 3 | 11 | 0 | - | - | 59 | 30 | ||
| Zirə (icarə) | 2020–21 | Azərbaycan Premyer Liqası | 9 | 1 | 2 | 1 | — | 11 | 2 | |||
| Yurqorden | 2023 | Allsvenskan | 14 | 2 | 1 | 1 | 2 | 0 | — | 17 | 3 | |
| Qarabağ | 2024–25 | Azərbaycan Premyer Liqası | 2 | 0 | 0 | 0 | — | 2 | 0 | |||
| Karyerası Cəmi | 68 | 30 | 8 | 5 | 13 | 0 | 0 | 0 | 89 | 35 | ||
- Azərbaycan Kuboku daxil olmaqla
- UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynamayıb
- UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında bir oyun keçirib
- UEFA Avropa Konfrans Liqasında oyun sayı
- UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında iki oyun keçirib, UEFA Avropa Konfrans Liqasında iki oyun keçirib
Milli
- 24 sentyabr 2024 tarixində yenilənib
| İl | Oyun | Qol |
|---|---|---|
| 2020 | 1 | 0 |
| 2022 | 4 | 1 |
| 2023 | 5 | 0 |
| 2024 | 4 | 2 |
| Ümumi | 14 | 3 |
- Nəticə sütunu Azərbaycanın qol sayını göstərir, hesab sütunu Qurbanlının hər qolundan sonrakı hesabı göstərir.
| Say | Tarix | Stadion | Rəqib | Hesab | Nəticə | Yarış |
|---|---|---|---|---|---|---|
| 1 | 20 noyabr 2022 | Tose Proeski Arena, Skopye, Şimali Makedoniya | 2–1 | 3–1 | Yoldaşlıq oyunu | |
| 2 | 25 mart 2024 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | 1–1 | 1–1 | Yoldaşlıq oyunu | |
| 3 | 7 iyun 2024 | Haladaş İdman Kompleksi, Sombatxey, Macarıstan | 1–3 | 1–3 | Yoldaşlıq oyunu |
Şəxsi həyatı
Qurbanlı Azərbaycan millisinin keçmiş oyunçusu və "Qarabağ FK"un baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa Qurbanlı eyni zamanda futbolçu Musa Qurbanovun qardaşı oğludur.
- 13 apreldə doğulanlar
- 2002-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları
- Əlifba sırasına görə futbolçular
- Azərbaycan futbolçuları
- Qarabağ FK futbolçuları
- Azərbaycan U-21 milli futbol komandasının oyunçuları
- Zirə FK futbolçuları
- Legioner Azərbaycan futbolçuları
- Yurqorden FK futbolçuları
- Azərbaycanın kişi futbolçuları
- Allsvenskan futbolçuları
- Azərbaycan Premyer Liqası futbolçuları
- Azərbaycan milli gənclər futbol komandasının oyunçuları
- Azərbaycanlı legioner kişi futbolçular
- Neftçi PFK futbolçuları