Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979).

Mürsəl Babayev

Vikipediya, azad ensiklopediya
Mürsəl Babayev
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
29 yanvar 1970 8 fevral 1979
ƏvvəlkiVladimir Rasskazov
SonrakıŞakir Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 1929(1929) (96–97 yaş)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1953-cü ildən)

Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979).

Həyatı

Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Azərbaycan tar ifaçısı və mühəndis konstruktor Şövkət Babayevanın doğma qardaşı.

1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.

Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.

Üst