Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq  silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindəd

Qızılqaya silsiləsi

Vikipediya, azad ensiklopediya
Qızılqaya silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1117,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Culfa

Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq  silsilə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-şərqindədir. Şimal-şərqdən cənub-qərbə doğru 4 km məsafəyə uzanır. Cənub-şərq yamacları sıldırımlıdır. Ən yüksək zirvəsinin hündürlüyü 1117,6 m-dir. Naxçıvan çokəkliyinin Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.

Həmçinin bax:

  • Abdal (dağ)
  • Ağsal dağı
  • Quşqayası
  • Bağırsaq dağı
  • Elti dağı
Üst