Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir.

Qəzni vilayəti

33°30′ şm. e. 68°00′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəzni vilayəti

33°30′ şm. e. 68°00′ ş. u.HGYO


Ölkə
  •  Əfqanıstan
İnzibati mərkəz Qəzni
Tarixi və coğrafiyası
Sahəsi
  • 22.915 km²
Hündürlük
3.238 m
Saat qurşağı
  • UTC+04:30
Əhalisi
Əhalisi
  • 1.362.504 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu AF-GHA
Qəzni vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzni vilayəti (fars. غزنی; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir.

Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir.

Qəznə İslamlaşmadan əvvəl mühüm Buddist mərkəzlərindən biri idi. Burada eramızın III əsrindən etibarən dini tikililər mövcuddur. Ərazidə 1960-cı illərin sonunda aparılan arxeoloji qazıntılar zamanı böyük bir Budda heykəli aşkar edilmişdir. 2001-ci ildə şəhəri nəzarətə götürən Taliban onu bütpərəstliyin əlaməti hesab edərək heykəli dağıtmışdır.

Vulusvaliləri

  • Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar.
  • Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar.
  • Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar.
  • Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar.
  • Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
  • Moqur (2002-ci ildə əhalisi 70.9 min nəfər): 99%-i puştunlar, 1%-i həzaralar və taciklər.
  • Malistan (2002-ci ildə əhalisi 100 min nəfər): 100% həzaralar.
  • Xvaca Omari (2002-ci ildə əhalisi 12 305 nəfər): 45%-i həzaralar, 35%-i taciklər, 20%-i puştunlar.
  • Andar (2002-ci ildə əhalisi 99 700 nəfər): təxminən 100% puştunlar.
  • Əcristan (2002-ci ildə əhalisi 62 028 nəfər): 97%-i puştunlar, 3%-i həzaralar.
  • Giro (2002-ci ildə əhalisi 42 485 nəfər): təxminən 100% puştunlar.

Həmçinin bax

Üst