| Qarı körpüsü | |
|---|---|
| | |
| Ölkə |
|
| Şəhər | Təbriz |
| Yerləşir | Quruçayın üstündə |
| Aidiyyəti | Qacarlar |
| 38°04′48″ şm. e. 46°18′02″ ş. u.HGYO | |
![]() | |
| Qarı Körpüsü | |
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü.
Haqqında
Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Şəkilləri
Həmçinin bax
- Qaflantı Qız körpüsü
- Meşkinşəhər asma körpüsü
- Əlifba sırasına görə tarixi abidələr
- Təbriz
- Təbrizin tarixi abidələri
- Qacarlar dövründə tikilən abidələr
- Şərqi Azərbaycan ostanında nəqliyyat
- İrandakı körpülər
