Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Şuşa, Abşeron və İsm

Qəşəm Aslanov

Vikipediya, azad ensiklopediya
Qəşəm Aslanov
Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi
dekabr 1983 19 noyabr 1984
ƏvvəlkiTamara Hümbətova
SonrakıZöhrab Məmmədov
Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi
1975 dekabr 1983
ƏvvəlkiTamara Hümbətova
Sonrakıİmran Mehdiyev
Azərbaycan Kommunist Partiyası Şuşa Şəhər Komitəsinin birinci katibi
1972 1975
SonrakıƏhəd Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1934(1934-04-10)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1984(1984-11-19) (50 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1959-cu ildən)
Təhsili
  • BDU Filologiya fakültəsi
Fəaliyyəti jurnalist, dövlət xadimi
Uşaqları

Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu19 noyabr 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Şuşa, Abşeron və İsmayıllı rayon partiya komitələrinin birinci katibi, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966).

Həyatı

Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.

1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Ailəsi

Xəzər Aslanovun atasıdır.

Əsərləri

  • Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // "Hayastan", Yerevan, 1968, 104 səh. 7000 nüsxə.
  • Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə.
  • Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, "Nurlan", 2013. 252 səh. 500 nüsxə.

Haqqında yazılanlar

  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999.
  • Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.
  • Almaz ÜLVİ. Qəşəm Aslan — fitrətən fazil şəxsiyyət, gözəl publisist, düşündürücü yazıçı // "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 may 2013, səh. 1, 2 və 13.
Üst