Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini (2020-c

Sahib Ələkbərov

  • Ana Səhifə
  • Sahib Ələkbərov

Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Sahib Ələkbərov
Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini
Vəzifədədir
1 aprel 2020-ci ildən
NazirMikayıl Cabbarov
Azərbaycan Respublikası vergilər nazirinin müavini
2 iyul 2010 – 23 oktyabr 2019
NazirFazil Məmmədov
Mikayıl Cabbarov
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
25 iyun 2009 – 2 iyul 2010
SədrArif Vəliyev
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı
8 fevral 2005 – 25 iyun 2009
ƏvvəlkiTələt Məcidov
SonrakıAsif Əsgərov
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
16 dekabr 1985 – 14 sentyabr 1991
ƏvvəlkiCahangir Müslümzadə
Sonrakıittifaq ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1952(1952-01-10) (74 yaş)
Doğum yeri
  • Samux rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu (1972),
Moskva İctimai Elmlər Akademiyası (1984)
Uşağı Anar Ələkbərov
Rütbəsi
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Təltifləri "Şöhrət" ordeni — 20222022 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020

Həyatı

Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.

2020-ci ilin aprel ayından İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Mürəkkəb cümlə

  • Aprel 02, 2026

    Abraham Merritt

  • Mart 30, 2026

    Almaniya şəhərlərinin siyahısı

  • Mart 26, 2026

    Türkmənistan

  • Mart 26, 2026

    Avstraliya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst