Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann b

Sərkar (Samux)

40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Sərkar
40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Sərkar xəritədə
Sərkar
Sərkar

SərkarAzərbaycan Respublikasının Samux rayonunun Sərkar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur.

Tarixi

Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Xanlar (indiki Göygöl) rayonunun sonra isə Səfərəliyev rayonunun tərkibində olub.

Coğrafiyası və iqlimi

Sərkar kəndində olan Sarvan bulağının suyu mədə–bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir.

Əhalisi

Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir. Əhalisinin sayı 5047 nəfərdir.

İqtisadiyyatı

Əhalisinin əsas məşğuliyyətiNİ əkinçilik və maldarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə 1 mədəniyyət evi və bir park var.

Təhsil

Kənddə 1 uşaq bağçası, 1 tam orta məktəb və 1 musiqi məktəbi fəaliyyət göstərir.

Həmçinin bax

Üst