Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Tərəqqi" qəzeti (az.-əski. ترقى‎) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909-cu illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur.

Tərəqqi (qəzet)

Vikipediya, azad ensiklopediya
Tərəqqi
az.-əski. ترقى
Təsisçi Əhməd bəy Ağaoğlu
Nəşriyyat Murtuza Muxtarov
Baş redaktor
Redaktor
Yaranma tarixi 8 (21) iyun 1908
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 6 (19) oktyabr 1909
Baş ofis
  • Bakı
Ölkə
  •  Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Tərəqqi" qəzeti (az.-əski. ترقى) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909-cu illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi.

Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır.

Tarixi

Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə. Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi.

"Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər. M. Ə. Rəsulzadə qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.

1909 il iyunun 28-də Ə. Ağaoğlu Türkiyəyə köçüb getdikdən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olmuşdur. "Tərəqqi"də Ü. Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun "Şinel" hekayəsi də ilk dəfə Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.

Bir sıra maliyyə çətinliklərinə görə "Tərəqqi" cəmi 434 nömrədən sonra — 1909-cu il oktyabrın 6-da bağlandı.

Həmçinin bax

Üst