Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən və adları açıqlanan 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.

Tarix
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən 34 nəfər ölümündən sonra olmaqla, ən azı 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
"Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülən 83 nəfərdən Sərəncam imzalanan ana görə 2 nəfəri general-leytenant, 6 nəfəri general-mayor, 8 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 17 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir.
"Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülən 83 nəfərdən Sərəncam imzalanan ana görə 37 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Dövlət Sərhəd Xidmətinin, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.
Bundan əlavə, Prezident İlham Əliyevin məxfi Sərəncamına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin 3 əməkdaşı və Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" xüsusi təyinatlı dəstəsinin bir neçə hərbi qulluqçusu da bu medala layiq görülüblər.
Siyahı
| 1 | (1965 –) | General-leytenant | İkinci Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin döyüş hazırlığı üzrə rəis müavini olan İlham Mehdiyev Cəbrayıl və Zəngilanın azad edilməsinin idarə edilməsində qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 2 | (1968 –) | General-leytenant | İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandanı olan Hikmət Mirzəyev Cəbrayıl, Füzuli, Qubadlı, Murovdağ və Şuşanın azad edilməsinin idarə edilməsində qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 3 | (1974 –) | ![]() | General-leytenant | İkinci Qarabağ müharibəsi zamanı Hərbi Hava Qüvvələri Kürdəmir aviabazasının komandiri olan Namiq İslamzadə Füzuli və Hadrutun azad edilməsində "Su-25" hücum təyyarəsinin pilotu olaraq qəhrəmanlıq nümunəsi göstərib. | |
| 4 | (–) | General-mayor | İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin I komandan müavini və Qərargah rəisi olan Zaur Cavanşir Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsinin iştirakçısı olaraq qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 5 | (1974 –) | ![]() | General-mayor | İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandan müavini olan Kənan Seyidov Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsinin iştirakçısı olaraq qəhrəmanlıq nümunəsi göstərib. | |
| 6 | (–) | ![]() | Polkovnik | İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Ələkbər Cahangirov Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsinin iştirakçısı olaraq qəhrəmanlıq nümunəsi göstərib. | |
| 7 | (1987 –) | ![]() | General-mayor | İkinci Qarabağ müharibəsi zamanı Çevik Hərəkət Qüvvələri Mərdəkan briqadasının I komandir müavini və Qərargah rəisi olan Babək Ələkbərov Cəbrayıl və Zəngilanın azad edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Bundan əlavə o, Xudafərin körpüsünün azad edilməsi xəbərini Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edib. | |
| 8 | (–) | ![]() | Polkovnik | İkinci Qarabağ müharibəsi zamanı Quru Qoşunlarının hərbi qulluqçusu olan Telman Hüseynov Cəbrayıl, Füzuli və Qubadlının azad edilməsinin iştirakçısı olaraq qəhrəmanlıq nümunəsi göstərib. | |
| 9 | (1975 –) | Polkovnik | Quru Qoşunlarının hərbi qulluqçusu olan Raqif İsrayılov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Zəngilan şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 10 | (1982 –) | General-mayor | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Babək Qurbanov Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 11 | (1978 –) | ![]() | Polkovnik | Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının Hərbi Hissə Komandiri olan Elnur Qebedov dinc əhalinin yaşadığı şəhər və rayonlarda, xüsusilə Mingəçevir SES istiqamətində erməni təxribatlarının qarşısını alan zaman, həmçinin düşmən tərəfinin 2 ədəd "Su-25" hücum təyarəsinin məhv edilməsində qəhrəmanlıq nümunəsi göstərib. | |
| 12 | (–) | Polkovnik | Quru Qoşunlarının hərbi qulluqçusu olan Nizami Mövlanov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 13 | (1978–2020) | Polkovnik | Hərbi Hava Qüvvələrinin USTA dərəcəli pilotu olan Zaur Nudirəliyev Füzuli şəhəri və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı "Su-25" hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 14 | (–) | ![]() | General-mayor | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Vüsal Sultanov Xudafərin körpüsünün azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 15 | (1982 –) | ![]() | Daxili Qoşunların "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Zəfər Yusibov Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 16 | (1975 –) | ![]() | General-mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Zaur Zeynalov Murov zirvəsinin, Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 17 | (–) | ![]() | 1-ci dərəcəli Kapitan | Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Zaur Quliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 18 | (1976 – 2020) | Polkovnik-leytenant | Quru Qoşunlarının hərbi qulluqçusu olan Əfqan Abdurahmanov Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 19 | (1978 –) | ![]() | Polkovnik | Quru Qoşunlarının hərbi qulluqçusu olan Səxavət Baxışov Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 20 | (1982 –) | Polkovnik-leytenant | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Ceyhun Camalov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 21 | (1974 – 2020) | Polkovnik-leytenant | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Ramiz Cəfərov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 22 | (1982–2020) | Polkovnik-leytenant | Quru Qoşunlarının hərbi qulluqçusu olan Orxan Əkbərov Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 23 | (1980–2020) | Polkovnik-leytenant | Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri olan Anar Əliyev Xocavənd rayonun Tuğ qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 24 | (1985 –) | ![]() | Polkovnik-leytenant | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Xaliq İbrahimov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 25 | (–) | ![]() | Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Füzuli İmrəliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 26 | (1974–2020) | Polkovnik-leytenant | Quru Qoşunlarının hərbi qulluqçusu olan Faiq Qasımov Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 27 | (1975–2020) | Polkovnik-leytenant | Hərbi Hava Qüvvələrinin USTA dərəcəli pilotu olan Ramiz Qasımov Madagiz qəsəbəsi istiqamətlərində gedən döyüşlər zamanı "Mi-17" hücum vertolyotu qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 28 | (1982) | ![]() | Polkovnik | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Anar Mirzəyev Xocavənd şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 29 | (1982 –) | ![]() | Polkovnik | Hərbi Hava Qüvvələrinin USTA dərəcəli pilotu olan Rəşad Nadirov Füzuli şəhəri və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 30 | (1972–2020) | Mayor | Quru Qoşunlarının hərbi qulluqçusu olan Vüqar Ağayev Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 31 | (1986) | Mayor | Quru Qoşunlarının hərbi qulluqçusu olan Mirdamət Bağıyev Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 32 | (1986–2020) | Mayor | Quru Qoşunlarının hərbi qulluqçusu olan Elbrus Bayramov Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 33 | (1988–2020) | Mayor | Quru Qoşunlarının hərbi qulluqçusu olan Amid Heydərov Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 34 | (1986) | ![]() | Mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Saleh Həsənov Murov zirvəsinin, həmçinin Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 35 | (1991) | ![]() | Polkovnik-leytenant | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Şahin Hüseynquliyev Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 36 | (1987) | ![]() | Mayor | Zaur Hüseynov Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 37 | (1986–2020) | Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 38 | (–) | Polkovnik-leytenant | Quru Qoşunlarının hərbi qulluqçusu olan Anar Qasımov Murov zirvəsinin, həmçinin Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 39 | 25.08.1990 | Polkovnik-leytenant | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Röyal Quliyev Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 40 | (–) | ![]() | Polkovnik-leytenant | Hərbi Hava Qüvvələrinin USTA dərəcəli pilotu olan Səfər Qurbanov Füzuli şəhəri və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 41 | (1984–2020) | Mayor | Quru Qoşunlarının hərbi qulluqçusu olan Elçin Mansurov Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 42 | (1991) | ![]() | Polkovnik-leytenant | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Anar Məmmədov Cəbrayılın azad edilməsi və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 43 | (1984) | | Polkovnik-leytenant | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan İlqar Orucov Kəlbəcər rayonunun, Xocavənd rayonunun, Cəbrayıl şəhərinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 44 | (–) | ![]() | Polkovnik-leytenant | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Gündüz Səfərli Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 45 | (–) | ![]() | Polkovnik-leytenant | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Elvin Səfərov Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 46 | (1987 –) | ![]() | Mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Elnur Şirinov Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 47 | (1977–2020) | Mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu və "Həmlə" Taborunun Komandiri olan Anar Şükürov Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 48 | (1991–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Rəşad Abdullayev Murovdağ zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 49 | (1991–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Nihad Babayev Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 50 | (–) | Mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Qəzənfər Bağırlı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 51 | (–) | ![]() | Daxili Qoşunların hərbi qulluqçusu olan Nicad Bədəlov Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 52 | (–) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Fərid Əliyev Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |||
| 53 | (1985–2020) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Ceyhun Həsənov Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 54 | (1994 –) | ![]() | Quru Qoşunlarının hərbi qulluqçusu olan Ramazan Hudulov Füzulinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 55 | (1991 –) | ![]() | Mayor | Hərbi Hava Qüvvələrinin USTA dərəcəli pilotu olan Rəşad Qasımlı Madagiz qəsəbəsinin, Füzuli şəhəri və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 56 | (1988–2020) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Cavid Mahmudov Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 57 | (1988–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Veysəl Musibov Murov zirvəsinin, Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 58 | (1988–2020) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Surxay Noçuyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Qubadlı şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 59 | (1990–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan İsmayıl Səmədov Cəbrayıl şəhərinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 60 | (1990 –) | ![]() | Mayor | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Renat Şıxnəbiyev Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 61 | (1996 –) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Qəzənfər Ağayev Madagiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |||
| 62 | (1993 –) | ![]() | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan İzzət Balacayev Cəbrayıl, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 63 | (1994 –) | ![]() | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Cavid Behbudov Cəbrayıl, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 64 | (1990–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Valeh Bədəlov Murov zirvəsinin, həmçinin Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 65 | (1996–2020) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Azad Hümbətov Füzuli şəhərinin, Hadrut qəsəbəsinin, Qubadlı şəhərinin və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 66 | (1992–2020) | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Adil İbrahimli Murov zirvəsinin, həmçinin Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |||
| 67 | (1992–2020) | Baş gizir | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Şahin Allahyarov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 68 | (1982–2020) | Baş gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Sübhan Cəbrayılov Cəbrayıl şəhərinin və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 69 | (1980 –) | ![]() | Baş gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Yaşar Hüseynov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |
| 70 | (1984–2020) | Baş gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Camal İsmayılov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Laçın şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 71 | (1985–2020) | Baş gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Mehrab Niftəliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 72 | (1994–2020) | Baş gizir | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Azər Yusifli Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 73 | (1990–2020) | Gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan İntiqam Əsgərli Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 74 | (1991–2020) | Gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Elyar Vəliyev Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 75 | (1995–2020) | Kiçik gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Orxan Cabbarov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 76 | (–) | Gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Yaşar Əhmədov Cəbrayıl şəhərinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 77 | (–) | Kiçik gizir | Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu olan Əli Hüseynov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | ||
| 78 | (1994–2020) | ![]() | Kiçik gizir | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Nail İbrahimli Füzuli şəhərinin, Zəngilan şəhərinin, Qubadlı şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | |
| 79 | (1996–2020) | Kiçik gizir | Sərhəd Qoşunlarının hərbi qulluqçusu olan Amin Novruzov Füzuli şəhərinin və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 80 | (1997–2020) | Kiçik miçman | Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu olan Fəqan Zalov Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Füzuli şəhərinin, Qubadlı şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub. | ||
| 81 | (2001 –) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Azər Abdullazadə Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |||
| 82 | (–) | Quru Qoşunlarının hərbi qulluqçusu olan Murad Əflətov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. | |||
| 83 | (2001 –) | ![]() | Quru Qoşunlarının hərbi qulluqçusu olan Vüsal Yaqubov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. |

