Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir.

Yenisey yazıları

  • Ana Səhifə
  • Yenisey yazıları

Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir.

Mündəricat

Ümumi məlumat

Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.

Yenisey abidələrinin siyahısı

Ümumiyyətlə Yenisey abidələrinə aiddirlər:

  • Uyuk Tarlık
  • Uyuk Arxan
  • Uyuk Turan
  • Ottuk Taş
  • 1,2,3,4-cü Barlık
  • Uluğ Kem Qarasu
  • Elkeş
  • Beqre
  • Ulu Kem
  • 1,2,3,4,5,6,7,8,9,10,11-ci Çaxöl
  • Kemçik Qaya Başı
  • Oznaçenin
  • Açura
  • Oya
  • 1,2-ci Altın Göl
  • 1,2,3-cü Uybat
  • 1,2,3-cü Tuba
  • Taşeba
  • Kemçik Çirğan
  • 1,2-ci Qızıl Cira
  • Kejilik Xobu
  • Təle
  • Xerbis Baarı
  • Abakan
  • 1,2,3-cü Tuva (abidə)
  • 1,2-ci Elegest
  • Sarqal Aksı
  • 1,2-ci Qara Bulun
  • İyme

Həmçinin bax

Ədəbiyyat

  • Ə. C. Şükürov, A. M. Məhərrəmov. Qədim türk yazılı abidələrinin dili. Bakı: APİ. 1976.
  • Fərhad Zeynalov. Qədim türk yazılı abidələri. Bakı: ADU. 1980.
  • Əlisa Şükürlü. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif. 1993. ISBN 5-556-00630.
  • Ə. Rəcəbov, Y. Məmmədov. Orxon-Yenisey abidələri. Bakı: Yazıçı. 1993.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 24, 2026

    Qazaxıstan tengəsi

  • Aprel 09, 2026

    Məryəm Əlibəyli

  • Aprel 08, 2026

    Qurbanəli Şərifzadə

  • May 29, 2026

    Ayıdağ (Azərbaycan)

  • İyul 28, 2026

    Beynəlxalq dil

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst