| Yuxarı Cürəli | |
|---|---|
| 39°21′52″ şm. e. 48°34′23″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1321 |
| Yuxarı Cürəli | |
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır.
Toponimikası
XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 1206 | 563 | 643 |
| 2009 | ↗1334 | ↗668 | ↗666 |
Tanınmış şəxsləri
- Əlikram Bayramov — müğənni.
İqtisadiyyatı
Kənddə 331 təsərrüfat var.
Mədəniyyəti
Kənddə Yuxarı Cürəli kənd kitabxana filialı, Yuxarı Cürəli kənd klubu, Yuxarı Cürəli Poçt Şöbəsi (AZ1321) və Yuxarı Cürəli EATS fəaliyyət göstərir.
Təhsil
Kənddə Yuxarı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə 1993-cü ildə inşa edilmiş Yuxarı Cürəli kənd məscidi yerləşir.
Səhiyyə
Kənddə Yuxarı Cürəli kənd tibb məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Biləsuvar rayonunun kəndləri
- Yuxarı Cürəli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
