| Böyükdüz dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 961,5 m |
| Yerləşməsi | |
| 39°09′51″ şm. e. 45°29′39″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon |
|
![]() Böyükdüz dağı | |
Böyükdüz dağı — Culfa rayonu ərazisində dağ (hünd. 961,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Küznüt kəndindən 4,2 km şimal-şimal-qərbdədir. Orta Miosenin Karaqan mərtəbəsinə aid Payız lay dəstəsinin qumlu-gilli çöküntülərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin Üst Pleystosenin allüvial-prolüvial törəmələrilə əhatə olunmuş şimal qanadının erozion qalığına cavab verən maili günbəzvari yüksəklikdir.
Həmçinin bax
- Əlifba sırasına görə dağlar
- Culfa rayonunun dağları
- Azərbaycanda dağ zirvələri
