Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zübeydə Sultan (29 mart 1728, İstanbul – 4 iyun 1756, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Zübeydə Sultan

Vikipediya, azad ensiklopediya
Zübeydə Sultan
osman. زبيده سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1728(1728-03-29)
Doğum yeri
Vəfat tarixi 4 iyun 1756(1756-06-04) (28 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yeni Məscid
Fəaliyyəti əsilzadə
Atası III Əhməd
Anası Əminə Müsəllin Qadınəfəndi
Həyat yoldaşı
  • Kürəkən Numan Paşa
Ailəsi Osmanlı sülaləsi

Zübeydə Sultan (29 mart 1728, İstanbul4 iyun 1756, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Həyatı

Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi.

6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Əri uzun müddət müxtəlif əyalətlərdə xidmət etdi.

Sultan Əhmədin digər qızları kimi Zübeydə Sultan da gənc yaşda 1756-cı ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn olundu.

Üst