Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü

Özgür Özəl

Vikipediya, azad ensiklopediya
Özgür Özəl
türk. Özgür Özel
Türkiyə ana müxalifət lideri
Vəzifədədir
5 noyabr 2023-cüildən
ƏvvəlkiKamal Kılıçdaroğlu
Cümhuriyyət Xalq Partiyasının sədri
Vəzifədədir
5 noyabr 2023-cüildən
ƏvvəlkiKamal Kılıçdaroğlu
TBMM Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədri
Vəzifədədir
3 iyun 2023-cüildən
ƏvvəlkiKamal Kılıçdaroğlu
TBMM Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini
24 iyun 2015 3 iyun 2023
ƏvvəlkiAkif Həmzəçəbi
SonrakıƏli Mahir Başarır
Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarının millət vəkili
Vəzifədədir
12 iyun 2011-ciildən
Seçki dairəsi2011 — Manisa
İyun 2015 — Manisa
Noyabr 2015 — Manisa
2018 — Manisa
2023 — Manisa
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1974(1974-09-21) (52 yaş)
Doğum yeri
  • Manisa, Türkiyə
Partiya
  • Cümhuriyyət Xalq Partiyası (2009–2026),
  • Yeni Parti (2026-cı ildən)
Təhsili
  • Egey Universiteti
Fəaliyyəti siyasətçi, təbib
Uşağı 1

İmzanın şəkli
ozgurozel.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı.

Həyatı

Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir.

Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür.

Əczaçı Özgür Özəl, Palata Sədri olduğu dövrdə həyata keçirdiyi sosial və ekoloji layihələrə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.

Siyasi karyerası

Bələdiyyə seçkilərində

Özgür Özəl 2009 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa bələdiyyə başçısı postuna namizəd oldu. Ümumi 163 526 səsdən 21 344-nü (13%) toplayaraq seçkini Milliyyətçi Hərəkat Partiyası namizədi Çingiz Ərgün və Ədalət və İnkişaf Partiyası namizədi Bülent Kardan sonra 3-cü sırada tamamladı.

2014 bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa Böyükşəhər Bələdiyyəsi başçısı namizədi oldu. Bu dəfə isə ümumi 884 501 səsdən 161 659-nu (18.2%) toplayaraq seçkini Milliyyətçi Hərəkat Partiyası namizədi Çingiz Ərgün və Ədalət və İnkişaf Partiyası namizədi Hüseyn Tanrıverdidən sonra 3-cü sırada tamamladı.

Parlamentdə

2011-ci il Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyası Manisa millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçildi.

2015 iyun və 2015 noyabr Türkiyə Parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından Manisa millət vəkili olaraq yenidən TBMM-yə seçildi. 28-ci Cümhuriyyət Xalq Partiyasının Növbədənkənar Qurultayında Cümhuriyyət Xalq Partiyasının Partiya Məclisinin üzvü seçildi. Millət vəkili olduğu müddətdə Türkiyə Böyük Millət Məclisi Səhiyyə Komissiyasının və Cümhuriyyət Xalq Partiyası Həbsxanaları Araşdırma Komissiyasının üzvü oldu. 24 iyun 2015-ci ildə Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini seçildi.

Soma Mədən Fəlakəti

Özgür Özəl digər Cümhuriyyət Xalq Partiyası Manisa millət vəkilləri ilə birlikdə Somadakı mədənləri araşdırmaq üçün məclis komissiyası qurulmasını təklif etdi. 29 aprel 2014-cü il tarixli çıxışında bu təklifin gündəmə salınması ilə əlaqədar olaraq nəzarət və təhlükəsizlik olmamasından danışdı. Çıxış 13 may 2014 Soma Mədən Fəlakətinin ardından ölkənin gündəmində uzun müddət qalmış və müzakirə mövzusu olmuşdur.

Partiya fəaliyyəti

Mükafatları

Çağdaş Jurnalistlər Dərnəyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən verilən 2015-ci ilin Uğur Mumcu İlin Siyasətçisi Mükafatına layiq görülmüşdür.

Mükafatlar

2015, Müasir Jurnalistlər Dərnəyi (ÇGD) Eskişehir Şöbəsinin ənənəvi Uğur Mumcu Mükafatları,[1]

Üst