Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Əslən qədim Borçalı mahalından — indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Ayorta kəndindən

Vüqar Mustafayev

Vikipediya, azad ensiklopediya
Vüqar Mustafayev
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Vəzifədədir
18 noyabr 2023-cü ildən
  1. i. e. 14–16 fevral 2024
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiMədət Quliyev
Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini
15 mart 2023 – 18 noyabr 2023
NazirMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1986(1986) (39–40 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
  • Xəzər Universiteti
Fəaliyyəti siyasətçi
Uşağı 2

Vüqar Valeh oğlu Mustafayev (1986, Bakı) — Azərbaycan müdafiə sənayesi naziri (2023-cü ildən).

Həyatı

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Əslən qədim Borçalı mahalından — indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Ayorta kəndindəndir.

2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir. 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olmuşdur.

O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

Ailəlidir. İki övladı var.

Karyerası

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru və maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də daxili audit departamentinin direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin təftiş komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin müşahidə şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.

Üst