Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qənbər Şəmşiroğlu (tam adı: Qənbər Şəmşir oğlu Qurbanov; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, y

Qənbər Şəmşiroğlu

Vikipediya, azad ensiklopediya
Qənbər Qurbanov
Qənbər Şəmşir oğlu Qurbanov
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
aprel 1993 yanvar 1994
Əvvəlkiİlham Həsənov
SonrakıƏvəz Şükürov
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
1991 may 1992
ƏvvəlkiRafael Hüseynov
SonrakıSaleh Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 16 noyabr 1933(1933-11-16)
Doğum yeri
  • Ağdaban, Azərbaycan SSR
Vəfat tarixi 30 dekabr 2021(2021-12-30) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Bakı
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair, hekayə yazıçısı[d]
Atası Aşıq Şəmşir
Uşağı
  • Cavid Qurbanov
Təltifləri "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "Əmək veteranı" medalı "Tərəqqi" medalı — 2820
"Qızıl qələm" mükafatı

Qənbər Şəmşiroğlu (tam adı: Qənbər Şəmşir oğlu Qurbanov; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.

Həyatı

Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.

1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N. Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.

1960–1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966–1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974–1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.

Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mükafatları

Qənbər Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" və "Tərəqqi" medalı ilə təltif edilib.

Yaradıcılığı

Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.

Ailəsi

Şəcərəsi

  • Məşədi Məmmədalı

Kitabları

  • Dədə Şəmşir yaddaşlarda (xatirələr). Bakı: "Gənclik", 2000.
  • Gədəbəy xatirələri. Bakı: "Gənclik", 2001.
  • Axtarıb Şəmşiri görmək istəsən. Bakı: "Adiloğlu", 2003.
  • Oğul gərək oğul olsun (şeirlər, dastanlar, hekayələr). Bakı: "Səda", 2006.
  • Ömrün işıqlı anları. Bakı: "Nurlan", 2008.
  • Dostlar unutmaz məni. Bakı: "Təknur", 2010.
  • Birdə görüşərik. Bakı: 2012.
  • Kəlbəcər: ömrüm, həyatım. Bakı: 2012.
  • Hələ vurur ürəyim. Bakı: "Təknur", 2013.

Həmçinin bax

Ədəbiyyat

  • Dəmir Gədəbəyli. "Şəmşiroğlu" (poemadan hissə), Dünya qəzeti. 25 dekabr 2009-cu il. № 30–31.
  • Polad Qasımov. BƏNÖVŞƏ KOLLARIN DİBİNDƏ QALDI. Ədalət. — 2012. — 18 fevral. — Səh.17.
Üst