Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad e

Ağasəlim Bağırov

Vikipediya, azad ensiklopediya
Ağasəlim Bağırov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
15 aprel 1992 4 iyul 1992
ƏvvəlkiRüfət Ağayev
SonrakıRauf Gülməmmədov
Azərbaycan Respublikasının ticarət naziri
5 fevral 1991 15 aprel 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
SonrakıRizvan Hüseynov
Azərbaycan SSR ticarət naziri
22 aprel 1989 5 fevral 1991
ƏvvəlkiYaşar Qaraxanov
Sonrakıqurumun adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1940(1940) (85–86 yaş)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi.

Həyatı

Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır.

Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.

Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.

Həmçinin bax

  • Azərbaycan SSR hökuməti (1985–1991)
  • I Azərbaycan hökuməti
Üst