| Akan qalası | |
|---|---|
| Ölkə | |
| Yerləşir | Həsənriz |
| Aidiyyəti | Qafqaz Albaniyası Xaçın knyazlığı |
| Vəziyyəti | xarabalıqları qalıb |
![]() Akan qalası | |
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır.
Təsviri
Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır.
Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur.
Ədəbiyyat
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.
- Əlifba sırasına görə tarixi abidələr
- Ağdərə rayonunun qalaları
- Ağdərə rayonunun görməli yerləri
- Xaçın knyazlığı
- Qafqaz Albaniyasının memarlığı
- Həsənriz
