Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir.

Əvəz Temirxan

Vikipediya, azad ensiklopediya
Əvəz Temirxan
Azərbaycan Liberal Partiyasının sədri
12 sentyabr 2010 24 iyun 2023
ƏvvəlkiLalə Şövkət
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Liberal Partiyası sədrinin birinci müavini və sədr əvəzi
7 iyun 2003 12 sentyabr 2010
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1959(1959-04-01) (67 yaş)
Doğum yeri
Partiya
  • Azərbaycan Liberal Partiyası
Fəaliyyəti siyasətçi

Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir.

Həyatı

Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir.

Siyasi fəaliyyəti

1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur.

1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır.

1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir.

2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır. Bu səbəblə, o, Azərbaycan Xalq Partiyası sıralarına qoşulmadan partiyanın həmin seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur.

Üst