Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1. Sokrat və sokratçılar: Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  •

Apollonius (Tianalı)

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Tianalı Apollonius
Ἀπολλώνιος ὁ Τυανεύς
Doğum tarixi təq. 15(0015)
Vəfat tarixi təq. 100(0100) (84–85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bilinmir
İstiqaməti Neopifaqorçuluq
Əsas maraqları fəlsəfə
Təsirlənib Pifaqor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales   Anaksimandr   Anaksimen
Elea məktəbi
Ksenofan   Parmenid   Eleyalı Zenon   Melissus
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlər → Trasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
Kirenaçılar → Aristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
MeqaraçılarEvklides   Stilpon   Evbulides   Diodorus Kronus
EretriyaçılarElidalı Fedon   Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron   Enesidemus   Aqrippa
Epikürçülük
Epikür   Lukretius
Peripatetizm
Rodoslu Andronikus
Platonizm
Karneades   Kliptomaxus   Filon Larissalı
'Stoaçılıq'

Erkən dövrKitiyalı Zenon   Xrisippus   Kleantes

Orta dövr → Panetius   Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq
Seneka   Epiktet   Mark Avreli   Siseron
Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 1 – 98) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır.

Həyat yolu və fəaliyyəti

Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.

Bir çox Roma filosofları Apolloniusun həyatını İsa Məsihin həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər. Hətta əslində İsanın elə Apollonius olduğunu iddia edənlər də olmuşdur. Bununla da, onlar xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu Hierokles yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada xristianlığı yayan həvari Paulus (Pavlos) və Petrus etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən Filostratus və Damis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi Eusebius Həqiqət sözü (lat. Philalethes logos) əsərini yazmışdır. Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.

Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 237-239. ISBN 5-89968-061-X. 2016 tarixində (PDF). İstifadə tarixi: 16 avqust 2016.
  • Maria Dzielska. Apollonius of Tyana in Legend and History, Roma 1986.
  • Филострат Ф. Жизнь Аполлония Тианского, перевод и комментарии Е. Г. Рабинович, М.: Наука, 1985.

Həmçinin bax

  • Neopifaqorçuluq
Üst