| Yuxarı Ağasıbəyli | |
|---|---|
| 40°46′ şm. e. 46°32′ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Yuxarı Ağasıbəyli | |
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası
XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası–bəyli adlı icmanın məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini göstərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir.
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
Əhalisinin sayı 1141 nəfərdir.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir.
Təhsil
Kənddə orta məktəb fəaliyyət gösdərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Samux rayonu qaralamaları
- Samux rayonunun kəndləri

