Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

XII Lüdovik (fr. Louis XII) və ya Orleanlı Lüdovik (fr. Louis d'Orléans; 27 iyun 1462 – 1 yanvar 1515, Turnels sarayı[d]) — Fransa və Neapol kralı. Atası V Çarl

XII Lüdovik

Vikipediya, azad ensiklopediya
XII Lüdovik
fr. Louis XII
Fransa kralı
7 aprel 1498 1 yanvar 1515
ƏvvəlkiVIII Karl
SonrakıI Fransisk
Milan hersoqu
6 sentyabr 1499 16 iyun 1512
ƏvvəlkiLüdoviko Mariya Sforza
SonrakıMaksimilyan Mariya Sforza
2 avqust 1501 31 yanvar 1504
SonrakıII Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1462(1462-06-27)
Vəfat tarixi 1 yanvar 1515(1515-01-01) (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hökmdar[d]
Atası I Karl (Orlean hersoqu)
Anası Klevezli Mariya (Orlean hersoqinası)
Həyat yoldaşları
  • Valualı Janna (Orlean hersoqinası) (1476–1498),
  • Bretanlı Anna (1499–1514),
  • Mariya Tüdor (1514–1515)
Uşaqları
  • Fransalı Klod,
  • Fransalı Rene (Modena hersoginyası)
Ailəsi Valua sülaləsi
Dini Roma-Katolik kilsəsi
Təltifləri Müqəddəs Mikayıl ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII Lüdovik (fr. Louis XII) və ya Orleanlı Lüdovik (fr. Louis d'Orléans; 27 iyun 14621 yanvar 1515, Turnels sarayı[d]) — FransaNeapol kralı. Atası V Çarlzın nəvəsi Orleanlı Çarlz, anası isə Klevezli Mariya idi. Lüdovik 1498-ci ildə ata şəcərəsindən qohumu olan Fransa kralı VIII Çarlzın geridə varis qoymadan vəfatının ardından taxta çıxdı.

Taxta çıxmadan öncə, qohumu olan XI Lüdovik şikəst və sonsuz olan qızı Jannanı onunla zorla evləndirdi və bununla da, Valua sülaləsinin Orlean qolunu qurutmağı planlaşdırdı. Orleanlı Lüdovik Fransa monarxiyasına qarşı aparılan və Dəlisov müharibə kimi tanınan qarşıdurmada ayaqlanan zadəganlardan biri idi və 1488-ci ildə baş tutan döyüşlərdən birində əsir düşdü. Buna baxmayaraq çox keçmədən VIII Çarlz tərəfindən azadlığa buraxıldı. Ardından 1494-1498-ci illərdə İtaliyada baş tutan hərbi əməliyyatlarda iştirak etdi.

Lüdovik 1498-ci ildə taxta əyləşdikdən sonra Janna ilə olan evliliyi Roma papası VI Aleksandr tərəfindən ləğv edildi və onun yerinə sələfinin dul xanımı olan Bretanlı Anna ilə evləndi. Bu nikahla Lüdovik Fransa krallığı ilə Bretan hersoqluğunu birləşdirdi. Ardından Neapol krallığı üzərindəki taxt iddiası səbəbilə yeni bir İtaliya səfərinə çıxdı. 1500-cü ildə Milan hersoqluğunu işğal etdi və ertəsi il Neapol taxtını ələ keçirdi. Ancaq çox keçmədən Araqon kralı II Ferdinand tərəfindən toplanan koalisiyaya məğlub oldu və 1504-cü ildə Neapol taxtını II Ferdinanda buraxdı.

Öz ölkəsində sevilən bir kral olan Lüdovik vergiləri azaltdığı, hüquq sahəsində yeniliklər etdiyi və ölkədə əmin-amanlığı qoruduğu üçün 1506-cı ildə "Le Père du Peuple" ("Xalqın atası") ünvanı verildi. Lüdovik 1515-ci ildə geridə oğul varisi buraxmadan vəfat etdi. Yerinə Valua sülaləsinin Anqulem qoluna mənsub olan kürəkəni Fransisk taxta çıxdı.

Üst