| Ziyəddin Əliyev | |
|---|---|
| | |
| 2 dekabr 2017 – 14 iyun 2023 | |
| Əvvəlki | Yaşar Məmmədov |
| Sonrakı | İlqar Mahmudov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 27 iyun 1963 (63 yaş) |
| Partiya | Yeni Azərbaycan Partiyası |
| | |
| Təltifləri | |
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017).
Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Karyerası
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.
Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır.
1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mükafatları
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.
Həmçinin bax
- 27 iyunda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Azərbaycan Respublikasının əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Quba Rayon İcra Hakimiyyətinin başçıları
- Əməkdar mühəndislər