Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd i

Qəmərli (Başkeçid)

41°20′55″ şm. e. 44°08′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Qəmərli
კამარლო
41°20′55″ şm. e. 44°08′16″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
İlk məlumat 1926
Mərkəzin hündürlüyü 1.390 m
Əhalisi
Əhalisi
  • 665 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1708
Xəritəni göstər/gizlə
Qəmərli xəritədə
Qəmərli
Qəmərli

Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.

Tarixi

Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir.

Coğrafiyası

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.

Əhalisi

Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır.

Nəsillər

  • Ovçular:
  • Mollalar:
  • Novruzlar:
  • Məşədialılar:
  • Xıvlar:
  • Sabellər:
  • Becənlər:
  • Oruclular
  • Aşırlar
  • Kalvalılar
  • Hacılar (Nəsibağalar)
  • Qarabağlılar
  • Feyzi oğulları

Təhsil

Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və burada 109 şagird təhsil alır.

Həmçinin bax

Üst