Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1

Yuxarı Cürəli

39°21′52″ şm. e. 48°34′23″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yuxarı Cürəli
39°21′52″ şm. e. 48°34′23″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 1.334 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1321
Xəritəni göstər/gizlə
Yuxarı Cürəli xəritədə
Yuxarı Cürəli
Yuxarı Cürəli

Yuxarı CürəliAzərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır.

Toponimikası

XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir.

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1206 563 643
2009 ↗1334 ↗668 ↗666

Tanınmış şəxsləri

  • Əlikram Bayramov — müğənni.

İqtisadiyyatı

Kənddə 331 təsərrüfat var.

Mədəniyyəti

Kənddə Yuxarı Cürəli kənd kitabxana filialı, Yuxarı Cürəli kənd klubu, Yuxarı Cürəli Poçt Şöbəsi (AZ1321) və Yuxarı Cürəli EATS fəaliyyət göstərir.

Təhsil

Kənddə Yuxarı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə 1993-cü ildə inşa edilmiş Yuxarı Cürəli kənd məscidi yerləşir.

Səhiyyə

Kənddə Yuxarı Cürəli kənd tibb məntəqəsi yerləşir.

Həmçinin bax

Üst