Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəs

Cəsur Karl

Vikipediya, azad ensiklopediya
Cəsur Karl
fr. Charles le Téméraire
15 iyul 1467 – 5 yanvar 1477
ƏvvəlkiXeyirxah Filipp
SonrakıBurqonlu Mariya
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1433(1433-11-10)
Doğum yeri
  • Dijon, Fransa
Vəfat tarixi 5 yanvar 1477(1477-01-05) (43 yaşında)
Vəfat yeri
  • Nansi, Lotaringiya hersoqluğu[d]
Dəfn yeri
  • Müqəddəs Məryəm Kilsəsi (Brügge)
Fəaliyyəti siyasətçi
Atası Xeyirxah Filipp
Anası Portuqaliyalı İzabella
Həyat yoldaşları
  • Yorklu Marqarit (1468-ci ildən)
Uşağı
  • Burqonlu Mariya
Ailəsi Valua sülaləsi

Təltifləri "Qızıl yun" ordeninin cəngavər dərəcəsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi.

Həyatı

Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.

İrsi

1465-ci ildə Ümumi rifah liqasında iştirak etmişdir. İngiltərənin dəstəyinə ümid edərək IV Eduardın bacısı Marqarita (1446–1503) ilə evlənmişdir. Öz mülklərini genişləndirərək, 1474–77 illərdə İsveçrə və Lotaringiya ilə fasiləsiz müharibələr (Burqundiya müharibələri) aparmışdır.Nansinin mühasirəsi zamanı həlak olmuşdur. Onun Fransa mülkləri (Pikardiya, Burqundiya hersoqluğu, Franş-Konte, Artua və Bulonne) XI Lüdovik tərəfindən ilhaq edilmişdir. Qalan torpaqların varisi isə Cəsur Karlın qızı Burqundiyalı Mariya olmuşdur. Cəsur Karl sağlığında Böyük Aslan, Döyüşçü, Qorxulu və İgid ləqəbləri ilə məşhur idi; Cəsur ləqəbi isə ona 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində verilmişdi.

Həmçinin bax

Üst