Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikas

Şıx Dursun

39°41′37″ şm. e. 46°56′41″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şıx Dursun
39°41′37″ şm. e. 46°56′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Xocavənd rayonu
Əhalisi
Əhalisi
  • 19 nəf. (2005)
Xəritəni göstər/gizlə
Şıx Dursun xəritədə
Şıx Dursun
Şıx Dursun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb.

Toponimikası

XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır.

Tarixi

Tarixi abidələri

Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
247 Məbəd XII əsr Şıx Dursun kəndi Memarlıq Ölkə

Coğrafiyası və iqlimi

Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

Həmçinin bax

Üst