Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbül-Fəzl İyad ibn Musa ibn İyad əl-Yəhsubi (ərəb. القاضي عياض‎; 28 dekabr 1083, Seuta – 14 oktyabr 1149, Mərrakeş) — "Qazı İyad" kimi tanınan maliki qazısı, hə

Qazı İyad

Vikipediya, azad ensiklopediya
Qazı İyad
ərəb. القاضي عياض‎
Doğum tarixi 28 dekabr 1083(1083-12-28)
Doğum yeri
  • Seuta
Vəfat tarixi 14 oktyabr 1149(1149-10-14) (65 yaşında)
Vəfat yeri
Uşağı
  • Məhəmməd ibn Qazı İyad[d]
Elm sahələri Maliki məzhəbi, fiqh, hədis

Əbül-Fəzl İyad ibn Musa ibn İyad əl-Yəhsubi (ərəb. القاضي عياض‎; 28 dekabr 1083, Seuta – 14 oktyabr 1149, Mərrakeş) — "Qazı İyad" kimi tanınan maliki qazısı, hədis, fiqh alimi və dilçi.

Həyatı

Doğumu

1083-cü ildə Səbtədə (indiki Seuta) doğulub. Nisbələri "Səbti" və "Mərrakuşi"dir (Mərrakeşdə öldüyü üçün).

Təhsili

Qazı İyad hədis sahəsindəki biliklərini inkişaf etdirmək üçün əvvəl Qurtubəyə (indiki Kordova), sonrak il də Mursiyəyə (indiki Mursiya) yollanmışdır. Burada Əbu Əli əs-Sadəfi, İbn Rüşd (İbn Rüşdün babası), İbn Əbdun əl-Fihri və Əbu Bəkr ibnül-Ərəbidən bəhrələnmiş, "Səhihi-Buxari", "Səhihi-Müslüm" kimi hədis məcmuələrini mütaliə etmişdir.

Fəaliyyəti

O, 1114–1115-ci (və ya 1121-ci) ildə Səbtəyə qayıdaraq qazılıq etməyə başlamışdır. O, bu vəzifəni 16 il icra etmiş, həm də tələbə yetişdirmişdir: Əbu Abdullah Məhəmməd (oğlu), Əbu Məhəmməd Abdullah ibn Məhəmməd əl-Əşiri, İbn əl-Quseyr, Əbdürrəhman əl-Gərnati, İbn Xeyr, İbn Mədə və başqalar.

1137-ci ildə Qazı İyadın tərəfsiz hökmlərindən narazı olan Murabit hökmdarı Təşfin ibn Əli, onu Səbtə qazılığından azad edərək, Gərnata (indiki Qranada) qazılığına təyin etmişdir. O da, Gərnatadan Qurtubəyə getmişdir.

Üsyana başçılıq

Murabitlərlə Müvəhhidlər arasında yaşanan hakimiyyət mübarizəsində Səbtəni Müvahhidlərdən qorunmasına başçılıq etmişdir. 1140-cı ildə Səbtəyə hücum edən Əbdülmömin əl-Kumi komandalığındakı Müvəhhid ordusu geri çəkilməyə məcbur etmiş, bundan sonra o, Murabit hökmdarı İbrahim ibn Təşfin tərəfindən yenidən Səbtə qazısı təyin edilmişdir (1144). Müvəhhidlər gücləndiyini görən Səbtə əhalisi onlara tabe olunca, Qazı İyad da Müvəhhidlərin tərəfinə keçmiş, lakin bir müddət sonra Müvəhhidlərə qarşı baş vermiş Səbtə üsyanına başçılıq etmişdir.

Ölümü

Üsyan Əbdülmömin əl-Kumi tərəfindən yatırılması və Səbtə əhalisinin ondan bağışlanma diləməsindən sonra Qazı İyad məcburi şəkildə Mərrakeşə göndərilmiş (və ya Tədlə bölgəsinə qazılıq etməyə), lakin Mərrakeşə çatdığı vaxt xəstələnərək ölmüşdür (14 oktyabr 1149).

Əsərləri

Qazı İyadın qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

  • Əş-Şəfa.
  • İkməlul-Mulim bi Fəvaidi-Müslüm.
  • Əl-İlmə.
  • İləm bi-hüdud Qəvaid əl-İslam.
  • Tərtibul-Mədarik və Təkribul-Məsalik.
Üst