| Ləkit Malax | |
|---|---|
| 41°28′24″ şm. e. 46°52′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qax rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 547 m |
| Əhalisi | |
| Əhalisi | 109 (2009) nəfər |
| Ləkit Malax | |
Ləkit Malax — Azərbaycan Respublikasının Qax rayonunun Ləkit kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi
- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən [[Tiflis quberniyası]]nın və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ləkit Malax kəndində milli tərkibi ləzgilərdən ibarət 15 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Ləkit kənd cəmiyyəti tərkibinə daxil olan Ləkit Malax kəndində 116 evdə [[sünni]] etiqadlı müsəlman [[avarlar]]dan ibarət 19 evdə 116 nəfər (61 nəfəri kişilər, 55 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik [[saxurlar]]dan ibarət hər iki cinsdən toplam 106 nəfər əhali yaşayırdı.
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 109 nəfər əhali yaşamaqdadır.
Toponimikası
Ləkit Malax oyk., mür. Baş Qafqaz dağlannm ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin 20-ci illərində Cənubi Dağıstanın Saxur mahalın¬dan köçüb gəlmiş saxurlann Malax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ləkit i.e.v.-nin tərkibində olduğuna və Aşağı Malax kəndindən fərqləndirmək məqsədilə kənd belə adlandırılmışdır.
Həmçinin bax
- Qax rayonu
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Qax rayonu qaralamaları
- Kənd qaralamaları
- Qax rayonunun kəndləri