Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçə

Xanlıq (dövlət)

  • Ana Səhifə
  • Xanlıq (dövlət)

Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi.

Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.

Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar. Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi. "Xanların xanı" kimi tərcümə olunan xaqan titulu,status baxımından təxminən imperatorun tituluna uyğun gəlir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • İyun 02, 2026

    Alban salnamələri

  • Sentyabr 02, 2026

    Slovakiya bayrağı

  • Avqust 14, 2026

    Balıqçılar (qəsəbə)

  • Sentyabr 27, 2026

    Sarvan döyüşü

  • Oktyabr 03, 2026

    Arçil Qomiaşvili

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst