Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakü

Nəbi Muxtarov

  • Ana Səhifə
  • Nəbi Muxtarov

Nəbi Muxtarov (1948) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Nəbi Muxtarov
Nəbi Muxtar oğlu Muxtarov
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
19 avqust 1993 – 25 fevral 2011
ƏvvəlkiNofəl Qasımov
SonrakıAlı Alıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1948(1948) (77–78 yaş)
Hərbi xidmət
Xidmət illəri 1974–1975

Həyatı

Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra müəllim kimi fəaliyyətinə başlayıb. 1968-ci ildə Füzuli rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildə isə birinci katibi vəzifəsində çalışıb.

Rayon partiya komitəsinin büro üzvü seçilən Nəbi Muxtarov 1974–1975-ci illərdə hərbi xidmətdə olur. Hərbidən qayıtdıqdan sonra, 1976-cı ildə rayon həmkarlar ittifaqları şurasının sədri, 1977-ci ildə Füzuli rayon ХDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışıb. О, 1978-ci ilin sentyabr ayında Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilib. Elə həmin vaxtlar о, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirib. 1980-ci ildə təhsilini başa vurub yenidən Füzuli rayon Partiya Komitəsinə işə göndərilib, əvvəlcə şöbə müdiri vəzifəsində çalışıb, bir neçə ay sonra Füzuli rayon Aqrar Sənaye Kombinatının baş direktoru vəzifəsinə təyin olunub.

Siyasi fəaliyyəti

Nəbi Muxtarov 19 avqust 1993-cü il tarixində Azərbaycan Prezidenti Heydər Əliyevin 717 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nəbi Muxtar oğlu Muxtarov vəzifəsindən azad edilmişdir.

Nəbi Muxtarov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildikdən sonra 4 nəfərə külli miqdarda pul atdığına dair qalmaqalları ortaya çıxdı.

2020-ci il fevralın 9-da keçirilən parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini 84 saylı Füzuli seçki dairəsindən irəli sürmüşdü, lakin səs toplaya bilməyib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 11, 2026

    TRT Türk

  • Mart 26, 2026

    Nizami metrostansiyası

  • Mart 26, 2026

    Ürək (insan)

  • Mart 26, 2026

    Qafqaz Albaniyası

  • Aprel 08, 2026

    Tur (şəhər)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst