Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, qurulu

Buğda yarması

  • Ana Səhifə
  • Buğda yarması

Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir.

Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur.

Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.

Yaxşı keyfiyyətli bərk buğdadan 26% 1–2 №-li poltava yarması, 27% 3–4 №-li poltava yarması və 10% 5 №-li artek yarması (cəmi 63%) alınır. Nəmliyi 14%, sağlam nüvələrin miqdarı 99,2%-dən az, kənar qarışıq 0,8%-dən çox olmamalıdır.

Həmçinin bax

  • Yarma
  • Arpa yarması
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 11, 2026

    Solomon adaları

  • Aprel 07, 2026

    Türkmənçay (İran)

  • Aprel 06, 2026

    Şirvan şəhəri

  • Mart 26, 2026

    Əsas nitq hissələri

  • Aprel 06, 2026

    Sübhan Bəkirov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst