Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan və Türkiyə iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun qurucusu v

Mübariz Mənsimov

Vikipediya, azad ensiklopediya
Mübariz Mənsimov
Mübariz Qurban oğlu Mənsimov
Doğum tarixi 22 mart 1968(1968-03-22) (58 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Həyat yoldaşı Tamara Mənsimova
Milliyyəti azərbaycanlı
Fəaliyyəti iş adamı, sahibkar
Mükafatları Admiral Kuznetsov Medal

Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan və Türkiyə iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun qurucusu və fəxri prezidenti.

Həyatı

6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.[mənbə göstərilməlidir]

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.[mənbə göstərilməlidir]

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.[mənbə göstərilməlidir]

Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibləri ilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.[mənbə göstərilməlidir]

Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, Mənsimovun bu cəhdi onun bu ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.[mənbə göstərilməlidir]

2025-ci ildə türk jurnalist Furkan Karabay M. Mənsimovdan bəhs edən "Gurban" (Qurban) kitabını yayımlayıb.

Şəxsi həyatı

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

Üst