Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kiçik Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun Kiçik Əmili kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan R

Kiçik Əmili

40°50′59″ şm. e. 47°46′52″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Kiçik Əmili
40°50′59″ şm. e. 47°46′52″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 372 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Kiçik Əmili xəritədə
Kiçik Əmili
Kiçik Əmili

Kiçik ƏmiliAzərbaycan Respublikasının Qəbələ rayonunun Kiçik Əmili kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Oykonim özündə qədim türkdilli oğuzların İmi (Eymi, Eymir, Eymür) tayfasının adını əks etdirir və rayonun ərazisindəki Böyük Əmili kənd adının qarşılığıdır.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ–Ağdaş şose yolunun kənarında, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündə yerləşir.

İqtisadiyyatı

Kənd əhalisi heyvandarlıqla məşğuldur. Tərəvəz sahələri, taxıl zəmiləri də əkilir. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 669 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst