Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaradılmışdır. Klub sovet dövründə yerli çempionatlarda mübarizə aparmışdır.

Mil-Beyləqan FK

Vikipediya, azad ensiklopediya
Mil-Beyləqan FK
Klubun tam adı Mil Beyləqan Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Beyləqanlılar
Rəng(lər)          Qırmızı–Ağ
Yaranma tarixi 1955 (71 il əvvəl) (1955)
Stadionu Beyləqan Olimpiya İdman Kompleksi
Tutumu 2500
Baş məşqçisi Azərbaycan [[Kamran Məmmədli]
Kapitanı Kamal Qasımov
Liqa Azərbaycan Azərbaycan Region Liqası
Ev forması

Mil-Beyləqan FK — Beyləqan şəhərini təmsil edən futbol klubu.

Tarixi

Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaradılmışdır. Klub sovet dövründə yerli çempionatlarda mübarizə aparmışdır.

Müstəqillikdən sonra Mil Beyləqan 1992-ci il sezonunda Azerbaycan I Diviziyonunda mübarizə aparımışdır.Klub bu sezon çempiyanatı 5-ci sırada bitirdi. Növbəti futbol sezonu yəni 1993-cü il sezonunda I Diviziyon B qrupunda mübarizəyə başladı. Beyləqan təmsilcisi sezonu 8-ci yerdə başa vurdu. Klubun I Diviziyondakı son sezonu 1993–1994-cü il sezonu olmuşdur. Bu sezon C qrupunda mübarizə aparan ''Aranın Fırtınası'' qrupu son sırada bitirdi.

Klub 2006–2007-ci illərdə Həvəskarlar liqası respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada üçüncü yerdə, 2010–2011-ci illərdə isə altıncı yerdə qərarlaşmışdır.

Region Liqası 2019–20 Sezonu Covid-19 Pandemiyası səbəbindən təxirə salınmışdır.

Klub hal hazırda Region liqasında mübarizəni davam etdirir.

Uğurları

  • Həvəskarlar Liqası:
    • Çempion — 2006/2007
    • Bürünc medal — 2009/2010

"Mil" Derbisi

Kür-Araz ovalığında yerləşən düzənliklərdən biri olan Mil düzünün iki klubu Mil-Beyləqan FK (Beyləqan) ve Mil-Muğan FK (İmişli) futbol klubları arasında olan əzəli və rəqabətli futbol oyunudur. Bu rəqabətdə Mil-Beyləqan futbol klubunun qalibiyyət üstünlüyü vardır. Mil-Beyləqan futbol klubu hal hazırda Region liqasında mübarizə aparır, Mil-Muğan FK Azərbaycan Premyer Liqasında mübarizə aparır.

2025-26 sezonunda Mil-Muğan FK varisi hesab olunan İmişli FK Premyerliqaya vəsiqə qazanması ilə bu ikili arasında derbi öz əhəmiyyətini itirmişdir.

Heyət

Klubun heyəti (2019–2020)

Nömrə Ölkə Mövqeyi Futbolçu
99 Azərbaycan Qurbanzadə Cahangir
77 Azərbaycan Şirinov Elnur
1 Azərbaycan Orucov Elcan
21 Azərbaycan Əliyev Qismət
07 Azərbaycan Şirinov Emin
10 Azərbaycan Qasımov Kamal (Kapitan)
14 Azərbaycan Əhmədov Mahmud
20 Azərbaycan Abbaslı Aydın
47 Azərbaycan Salmanlı Taleh
90 Azərbaycan Eyvazov Orxan
9 Azərbaycan Yusif Dayandurlu
4 Azərbaycan Sadiq
81 Azərbaycan Xeyyam Abbasov
23 Azərbaycan Tağıyev Ruhhulah
11 Azərbaycan Vəfadar
17 Azərbaycan Fəxri
Şablon:Flaqifikasiya/

Məşqçi Heyəti

  • Baş Məşqçi-Kamran Məmmədli

1992-ci il sezonu

Müstəqillik illərində Mil Beyləqan Çempionata I diviziyondan başladı.İlk sezonda Mil Beyleqan 18 oyunda 17 xal toplayaraq 5-ci sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1Nicat (Maştağa)18141343–1329
2Kür (Samux)18115234–927
3Pambıqçı (Neftçala)18104444–2324
4Bahar (Qum adası)1892735–2120
5Mil (Beyləqan)1865724–3917
6Gənclik (Şəki)1864820–3616
7OİK (Bakı)1853109–1413
8Şirvan (Ağdaş)18531024–4413
9Azərbaycan U-1618441021–2912
10Aran (Ucar)18331211–379
*Qafqaz (Balakən)
*Mərcanlı (Cəbrayıl)

1993-cü il sezonu

Klub bu sezonda I diviziyon B qrupunda 16 oyunda 10 xal toplayaraq 8-ci sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1Xəzri (Buzovna)16141148–329
2Pambıqçı (Neftçala)16103336–1223
3Şəmkir16102424–1422
4Şirvan (Şamaxı)1654723–2314
5Turan-2 (Tovuz)1653817–2713
6Çıraqqala (Siyəzən)1652919–2112
7Şirvan (Ağdaş)1652920–4112
8Mil (Beyləqan)163498–4110
9Göyçay16331014–279
*Şəfəq (Samux)

1993–1994-cü il sezonu

Bu mövsümdə klub I Diviziyon C qrupunda mübarizə aparırdı.Beyləqan təmsilcisi 18 oyuna 3 xal toplayaraq 10-cu sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1OİK-Göyəzən (Qazax)18161160–633
2Zabrat18115239–1127
3Şəmkir18120642–1924
4Turan-2 (Tovuz)18111634–2323
5Məşəl (Bakı)18102627–1422
6AZAL (Bakı)1891814–3119
7Şəfa (Naftalan)18511225–4111
8Avey (Ağstafa)18421226–4910
9Pambıqçı (Zərdab)18401416–778
10Mil (Beyləqan)1811166–183

Stadion

Beyləqan Olimpiya İdman Kompleksi yerləşən stadion Mil Futbol Klubunun ev oyunlarını keçirdiyi məkandır. Beyləqan Şəhər Stadionu SSSR dönəmində istifadəyə verilmişdir. 2014-cü ildə əsaslı təmir edilib. 2019-cu ildə stadionun ərazisində Olimpiya İdman Kompleksi tikilmiş və stadion yenilənmişdir. Stadion 2500 oturacaqlıdır.Ot örtüyü sünidir.

Azərkeş və azərkeş qrupları

"Mil-Beyləqan FK"-u Azərbaycanda və Qafqazda Böyük Azərkeş kütlələrindən birinə sahibdir. Beləki "Mil"in hər oyununda stadion tam olaraq azərkeşlərlə dolur. Klubun "Beyniqan Tayfa" adlı fan-klubu fəaliyyət göstərir. Fan-klub 2019-ci ildə fəaliyyətə başlayıb.

Veteran Futbolçular

  • Qəşəm İsgəndərov
  • Əli Səfərov
Üst