İvan Paskeviç Fyodoroviç (rus. Паскевич, Иван Фёдорович; 8 (19) may 1782, Poltava, Novorossiysk quberniyası[d] – 1 fevral 1856, Varşava) — Ukrayna mənşəli rus sərkərdəsi, 1817-1819-cu illərdə I Nikolayın xidmət yoldaşı və onun ən çox etibar etdiyi şəxslərdən biri.
| İvan Paskeviç | |
|---|---|
| rus. Иван Фёдорович Паскевич | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 (19) may 1782 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 fevral 1856 (73 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | zabit, siyasətçi |
| Hərbi xidmət | |
| Qoşun növü | Rusiya İmperator Ordusu |
| Döyüşlər |
|
| Rütbəsi |
|
| | |
| Təltifləri | |
| | |
Fəaliyyəti
I Nikolayın hakimiyyəti dövründə Cənubi Qafqazın işğalı və Təbrizin tutulmasına rəhbərlik etmiş və bu xidmətlərinə görə ona İrəvan qrafı titulu verilmiş, 1830-cu ildə Polşada baş verən üsyanın yatırılmasında xidmətlərinə görə isə Varşava knyazı titulunu qazanmışdır. Bundan başqa İvan Paskeviç Azərbaycanın taleyini həll edən Türkmənçay müqaviləsinə imza atan tərəflərdən biri olmuşdur.
