| Əfəndilər | |
|---|---|
| 39°26′05″ şm. e. 47°02′57″ ş. u.HGYO | |
| Ölkə |
|
| Rayon | Cəbrayıl rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 810 m |
| Əfəndilər | |
Əfəndilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Çərəkən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi
Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi.
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir. "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və başqa kəndlərdə toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Cəbrayıl rayonu qaralamaları
- Cəbrayıl rayonunun kəndləri