Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, Muxtar Dağlıq Qarabağ Vilayəti – 2006 və ya 2007) — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan SSR Ali Soveti

Əhəd Kərimov

Vikipediya, azad ensiklopediya
Əhəd Kərimov
Azərbaycan SSR Ali Soveti sədrinin müavini
13 noyabr 1987  
SədrSüleyman Rüstəmzadə
Elmira Qafarova
Azərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibi
14 dekabr 1985 1990
ƏvvəlkiRüstəm Səfərəliyev
SonrakıYusif Allahverdiyev
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi
oktyabr 1981 dekabr 1985
Sonrakıİrşad Əliyev
Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi
yanvar 1980 oktyabr 1981
ƏvvəlkiMuradxan Cabbarov
SonrakıYaqub Məmmədov
Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi
13 dekabr 1975 15 yanvar 1980
ƏvvəlkiQəşəm Aslanov
SonrakıNiyaz Hacıyev
Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
iyun 1975 dekabr 1975
Şəxsi məlumatlar
Doğum tarixi 1940(1940)
Doğum yeri
Vəfat tarixi 2006(2006) (65–66 yaşında) və ya 2007(2007) (66–67 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1960–1991)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, Muxtar Dağlıq Qarabağ Vilayəti2006 və ya 2007) — Azərbaycan ictimai-siyasi və partiya xadimi, Azərbaycan SSR Ali Soveti sədrinin müavini, Azərbaycan Kommunist Partiyası Şuşa (1975–1980), Laçın Rayon (1980–1981), Ucar Rayon (1981–1985) və Bərdə Rayon (1985–1990) komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.

Həyatı

Əhəd Əli oğlu Kərimov 1940-cı ildə indiki Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Çapar kənd orta məktəbini bitirdikdən sonra 3 il kolxozda işləmiş, Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Burada ikinci kursda oxuyarkən oxuduğu orta məktəbin Azərbaycan bölməsində müəllim işləmiş, bir ildən sonra əyani təhsilə keçərək əvvəlcə fakültə, sonuncu kursda isə universitetin komsomol təşkilatının katibi olmuşdur. Təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutuna göndərilmiş, öz istəyi ilə Mərdəkandakı çətin tərbiyə olunan uşaqlar üçün açılmış xüsusi internat-məktəbdə bir il tərbiyəçi, üç il yarım isə direktorun tərbiyə işlər üzrə müavini işləmişdir.

Azərbaycan Pedaqoji İnstitutunun Xankəndidə filialı açılan zaman burada müəllim ştatı üçün keçirilən müsabiqədə iştirak etmiş və 1970-ci ildə institutun komsomol təşkilatının katibi seçilmişdir. 1971-ci il noyabr ayında Azərbaycan LKGİ Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin ikinci katibi seçilmiş, 1975-ci ilin iyununda Şuşa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, həmin ilin dekabr ayında isə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi vəzifələrinə irəli çəkilmişdir.

1980-ci ilin yanvar ayında Əhəd Kərimov Azərbaycan KP Laçın Rayon Komitəsinin, 1981-ci ilin oktyabr ayında Ucar Rayon Komitəsinin, 1985-ci ilin dekabr ayında isə Bərdə Rayon Komitəsinin birinci katibi işləmişdir. Paralel olaraq 1987-ci ilin noyabr ayında Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Ali Sovetdə həmin iclasa sədrlik edib.

Əhəd Kərimov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.

Əhəd Kərimov 67 yaşında vəfat etmişdir.

Üst