| Çaylı | |
|---|---|
| 39°29′56″ şm. e. 48°30′49″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1315 |
![]() Çaylı | |
Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. 1 sentyabr 2005-ci il tarixli 976-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır.
Toponimikası
Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Muğan düzündə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 1798 | 863 | 935 |
| 2009 | ↗2139 | ↗1035 | ↗1104 |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə Çaylı kənd kitabxana filialı, Çaylı Poçt Şöbəsi (AZ1315) və Çaylı EATS fəaliyyət göstərir.
Təhsil
Kənddə Çaylı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Çaylı kənd tibb məntəqəsi yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Biləsuvar rayonunun kəndləri
- Çaylı (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

