| Nəsimi | |
|---|---|
| | |
| 39°32′03″ şm. e. 48°26′53″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1320 |
| Nəsimi | |
Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır.
Toponimikası
Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 3197 | 1525 | 1672 |
| 2009 | ↗3800 | ↗1879 | ↗1921 |
İqtisadiyyatı
Kənddə 900 təsərrüfat var.
Mədəniyyəti
Kənddə Nəsimi kənd kitabxana filialı, Nəsimi kənd Mədəniyyət Evi, Nəsimi Poçt Şöbəsi (AZ1320) və Nəsimi EATS fəaliyyət göstərir.
Təhsil
Kənddə Nəsimi kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə 19 aprel 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A2-299 olan Nəsimi kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Səhiyyə
Kənddə Nəsimi kənd həkim məntəqəsi yerləşir.
Kənddə 1 baytarlıq məntəqəsi fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Biləsuvar rayonunun kəndləri
- Nəsimi (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
