Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 14

Özbək xanlığı

Vikipediya, azad ensiklopediya
Xanlıq (dövlət)
Özbək xanlığı
özb. O'zbek xonligi
Özbək xanlığı ən güclü dönəmlərində (1428-1468)
Özbək xanlığı ən güclü dönəmlərində (1428-1468)
1428  1471
Paytaxt
  • Chimgi-Tura (1428–1446)
  • Sığnaq (Qazaxıstan) (1446–1469)
  • Türkistan (1469–1471)
Rəsmi dilləri Türk dilləri
Din Sünni İslam
Ərazisi 3,000 000 km2
İdarəetmə forması feodal monarxiyası
Xan
  1428–1468 Əbülxeyr xan
  1468–1471 Haydar
Davamiyyət
 Özbəkistan
 Qırğızıstan
 Türkmənistan
 Qazaxıstan
 Rusiya
 Tacikistan
 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özbək xanlığı (özb. Oʻzbek ulusi) — 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət.

Tarixi

Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı.

Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir.

Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.

Həmçinin bax

Üst