Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səmədabad — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Re

Səmədabad (Goranboy)

40°41′06″ şm. e. 46°38′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Səmədabad
40°41′06″ şm. e. 46°38′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 178 m
Xəritəni göstər/gizlə
Səmədabad xəritədə
Səmədabad
Səmədabad

SəmədabadAzərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Səmədabad kəndi Əzizbəyov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səmədabad kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Keçmiş adı Bala Dəliməmmədli olmuşdur. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycandan gəlib Tatoğlü adlı mülkədarın mülkündə işləyən rəncbərlər salmışdılar. 1922—ci ildə həmin rəncbərlərdən olan inqilabçı Səməd Əlizadə öldürüldükdən sonra kənd onun adı ilə adlandırıldı. Memorial toponimdir. Yerli ləhcədə "Səmədavad" kimi deyilir.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1006 nəfər əhali yaşayır.

Həmçinin bax

Üst