Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şahdağ kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ

Şahdağ (Gədəbəy)

40°32′33″ şm. e. 45°34′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şahdağ
40°32′33″ şm. e. 45°34′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Şahdağ xəritədə
Şahdağ
Şahdağ

Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şahdağ kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Toponimikası

Yaşayış məntəqəsini 1920-ci illərdə qonşu Əyrivəng kəndindən köçmüş ailələr Təzə Əyrivəng adı ilə salmışlar. 1928-ci ildə Azərbaycanda sovet (şura) hakimiyyətinin qurulması şərəfinə Şurakənd adlandırılmışdır. Yerli əhali arasında Sovetabad adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Şahdağ şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Günəşli adlandırılmışdır.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1084 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

Üst