| Daşbulaq | |
|---|---|
| 40°37′56″ şm. e. 45°47′48″ ş. u.HGYO | |
| Ölkə |
|
| Daşbulaq | |
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaradağ kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası
Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır.
Tanınmış şəxsləri
- Aşıq Şahsuvar — Aşıq.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Gədəbəy rayonu qaralamaları
- Gədəbəy rayonunun kəndləri
