| Əhmədli | |
|---|---|
| 39°41′08″ şm. e. 46°17′07″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhmədli | |
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tarixi
Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar.
Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur.
Abidələri
Kənddəki körpü Seyid Əmir körpüsü adlanır
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.
Tanınmış şəxsləri
- Hüseyn Kürdoğlu (1934–2003) — Şair.
- Şirindil Alışanlı (1952–2024) — Alim, filoloq.
- Nazim Əhmədli (1953–) — Şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri.
- Muxtar Həmzəyev (1929–) — Psixologiya elmləri doktoru, professor.
- Polad Qarayev — Biologiya elmləri namizədi, alim (40 elmi məqalənin və 3 ixtiranın sahibidir).
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Laçın rayonu qaralamaları
- Laçın rayonunun kəndləri
