Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bəylik — Azərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikası

Bəylik (Laçın)

39°39′22″ şm. e. 46°30′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bəylik
Laçın rayonunun Bəylik kəndi, 2025-ci ilin may ayı
Laçın rayonunun Bəylik kəndi, 2025-ci ilin may ayı
39°39′22″ şm. e. 46°30′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Sahəsi 29,6 hektar
Xəritəni göstər/gizlə
Bəylik xəritədə
Bəylik
Bəylik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BəylikAzərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Laçın rayonunun Zabux kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

İşğaldan azad edildikdən sonra kənd tamamilə yenidən qurulub. Buraya ümumilikdə 90 ailənin – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə 91 fərdi ev inşa edilib. 27 may 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bəylik kəndinin açılışında iştirak edib. Həmin günü ölkə Prezidenti Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etmişdi.

Toponimikası

Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

Üst