| Aşağı Yemişcan | |
|---|---|
| 39°44′14″ şm. e. 46°50′25″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.032 m |
| Əhalisi | |
| Əhalisi |
|
![]() Aşağı Yemişcan | |
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır.
Tarixi
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Coğrafiyası və iqlimi
Kənd dəğətəyi ərazidə yerləşir.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Aşağı Yemişcan kəndinin əhalisinin faktiki sayı 126 nəfər, qeydiyyatdakı əhalinin sayı 129 nəfər təşkil edirdi
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Xocalı rayonu qaralamaları
- Xocalı rayonunun kəndləri

