| Seyidbəyli | |
|---|---|
| |
| 39°59′05″ şm. e. 46°41′42″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 958 m |
![]() Seyidbəyli | |
Seyidbəyli (əvvəlki adı: Seyidişen, daha əvvəlki adı: Seid-beqlı (i.ə.rus orf. Сеид-беглы)) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocalı rayonununun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd, Seyidbəyli kənd inzibati ərazi dairəsinin mərkəzi.
Tarixi
Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İşğal vaxtı separatçı qondarma rejim tərfindən kənd Xaçın adlandırılırdı.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Seyidbəyli kəndinin əhalisinin faktiki sayı 352 nəfər, qeydiyyatdakı əhalinin sayı 369 nəfər təşkil edirdi.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocalı rayonu qaralamaları
- Xocalı rayonunun kəndləri


